"EŞŞƏK KİMİ ANQIRACAM..."
28-06-2018 14:11
Baxış sayı:
4180

"...əgər MHP barajı keçərsə"
Keçmiş siyasətçi Yaşar Okuyanın seçki qabağı MHP ilə bağlı təxminləri sosial medianı çalxalayıb.
Muxalifət.az-ın xəbərinə görə, MHP-nin yüzdə 5 səsi olduğunu deyən Okuyan “MHP barajı keçsə, Tandoğan meydanına gedib anqırmasam şərəfsizəm. O qədər dəqiqliklə deyirəm. Bacarırsa məni anqırtsın” deyib.
İyunun 24-də baş tutan seçkidə Yaşar Okuyanın əminliklə dediyi təxminləri puç oldu. MHP baraji keçməyi bacardı. İndi hər kəs Okuyanın bu duruma təpkisinin necə olacağını maraqla gözləyir./Hurriyyet.org