İran 9 il sonra uranın zənginləşdirilməsinə başladı
28-06-2018 13:55
Baxış sayı:
3709

İranda uranın zənginləşdirilməsi ilə məşğul olan zavod işə başlayıb.
Zavod İranın ali rəhbəri Seyid Əli Xameneinin göstərişi ilə işə başlayıb. 9 il sonra İsfahan şəhərində "Uran-6-Florid"in hasilatına başlanılıb.
Qeyd edək ki, ötən dövrlərdə ABŞ İranla imzalanmış nüvə razılaşmasından imtina etdi və sanksiyalar barədə qərar qəbul etdi. İran bu addımdan sonra uranın zənginləşdirilməsinə yenidən başlayacağını açıqlamışdı.