Türkiyəni “CAATSA” QANUNU İLƏ HƏDƏLƏYİRLƏR

Baxış sayı:
3241

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya əlaqələrindən məsul müavini Wess Mitçel, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemini satın almaqdan imtina etmədiyi təqdirdə F-35 döyüş təyyarələrinin Türkiyəyə təhvil verilməsinin təhlükəyə girəcəyi xəbərdarlığı edib.
 
“Reuters”-in xəbərinə görə, dünən ABŞ Senatına məlumat verən Wess Mitçel, Türkiyənin S-400-ü satın aldığı təqdirdə, ABŞ prezidenti Donald Tramp tərəfindən keçən il qüvvəyə minən sanksiya aktının şamil olacağını bildirib.
“CAATSA" adı verilən qanun, Rusiya müdafiə sənayesi ilə iş görən şirkətləri cəzalandırır. Senatın xarici əlaqələr üzrə alt komissiyasında Mitçel, "S-400-ün satın alınmasının F-35 döyüş təyyarələri daxil olmaqla, Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi üzrə əməkdaşlığın gələcəyinə labüd olaraq təsir göstərəcəyini hər şəraitdə dəqiq şəkildə ifadə etdik" deyib.
Müxalifət.az