Ankaradan ABŞ-a rədd cavabı – VAŞİNQTON VAXT VERMİŞDİ

Baxış sayı:
1864

“ABŞ-ın İranla neft ticarətinin dayandırması barədə qərarlar bizim üçün məcburi deyil, biz Birləşmiş Millətlər Təşkilatının qərarlarını tanıyırıq”.

Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Daha əvvəl ABŞ-ın Xəzinə Nazirliyinin yüksək vəzifəli səlahiyyətlisi telekonfrans vasitəsilə bildirib ki, Vaşinqton müttəfiq ölkələr və şirkətlərin İrandan neft idxalının noyabrın 4-dək dayandırılmasını tələb edib. Açıqlamaya görə, bu tarixdən etibarən İrandan neft idxal edən ölkələr və şirkətlər ABŞ sanksiyalarına məruz qalacaqlar.

Səlahiyyətli, həmçinin, ABŞ-ın Türkiyə, Çin və Hindistan kimi İran neftini idxal edən ölkələrlə müzakirələr apardıqlarını dilə gətirib.