ABŞ-dan Türkiyə və Münbiç AÇIQLAMASI

Baxış sayı:
1891

ABŞ prezidenti Donald Trampın İŞİD-la Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Makgurk, "NATO müttəfiqimiz və Koalisiya tərəfdaşımız Türkiyə ilə birlikdə bölgədə və xüsusən də Münbiç ətrafında gərginliyi azaltmaq üçün apardığımız işi təqdir edirəm" deyib.
 
Brett Makgurk, Türkiyə ilə ABŞ-ın xüsusilə Münbiçdə əməkdaşlığının uğurlu olduğunu deyib.
ABŞ ilə Türkiyə arasında Suriyadakı əməkdaşlığının son dövrdə müsbət istiqamətdə inkişaf etdiyini qeyd edən Makgurk, bunları deyib:
“Türkiyə ilə Münbiçlə bağlı yol xəritəsi hazırladıq. Onlarla danışıqlarımız səmərəli və məhsuldar oldu. Bunun davam etməsini gözləyirik, bu iş birliyi üçün minnətdarıq".
Müxalifət.az