PKK-lı terrorçular KƏNDİN DÜKANÇISINI QƏTL ETDİLƏR

Baxış sayı:
1948

Türkiyədə Ağrı vilayətinin Doğubayazıt rayonuna bağlı Yanyurt kəndinin dükançısı, PKK-lı terrorçular tərəfindən qətlə yetirilib.
 
Yanyurt kəndinin dükançısı, PKK-lı terrorçular tərəfindən qətlə yetirilib. Yanyurt kəndində əlləri dirəklərə bağlanaraq, hərəkətsiz yatan bir adamı görən əhali vəziyyəti jandarmaya bildirib.
Rayon Jandarm Komandanlığının araşdırması nəticəsində, silahla başından vurularaq öldürülən adamın kəndin dükançısı olduğu müəyyən olunub.
PKK-lı terrorçuların dükançını dövlətlə əməkdaşlıq etdiyi üçün öldürdükləri bildirilib. Jandarma öldürülən şəxsin ismi ilə bağlı məlumat verməyib.
Müxalifət.az