CHP rəhbərliyi KILIÇDAROĞLUNA QARŞI: ÜSTÜNDƏN XƏTT ÇƏKİLİR

Baxış sayı:
1906

Kamal Kılıçdaroğlunun CHP sədrliyindən getməsini istəyənlərin sayı artır. Prezidentliyə namizəd İncənin ətrafında toplaşanların arasına CHP-nin fəxri heyətinin üzvü Önay Alpago da daxil olub.
 
“CNN Türk”-ə qonaq olan Önay Alpago, Kılıçdaroğlunun kreslonu Məhərrəm İncəyə təhvil verməsinin lazım olduğunu bildirib.
 
CHP RƏHBƏRLİYİ İNCƏYƏ BURAXSIN
 
Alpago, “Kamal Kılıçdaroğlu mənim başqanımdır. Çox da hörmət etdiyim və sevdiyim bir insandır. Ancaq hər hansı etiraz aksiyalarına, ya da qurultay tələblərinə ehtiyac qalmadan, CHP üzvü və fəxri heyətinin üzvü kimi mənim fikrim ondan ibarətdir ki, özü bir qurultay keçirməlidir" deyib.
Kamal Kılıçdaroğlunun kreslonu buraxması lazım olduğunu bildirən Alpago, "Bu nöqtədə uğur göstərmiş, cəmiyyətin sevdiyi, qucaqladığı və inandığı bir adama, yəni İncəyə ümumi rəhbərliyi özü təklif etməlidir. Ya da önünü açmalıdır" deyib.
Müxalifət.az