"Park Bulvar"ın qarşısında FACİƏ: QADIN ÖLDÜ

Baxış sayı:
3958

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Neftçilər prospeskti 78 ünvanının qarşısında ("Park Bulvar" ticarət mərkəzinin önü) 1983-cü il təvəllüdlü Əzizov Emil İsmayıl oğlu idarə etdiyi "Mercedes" markalı, 99 EK 489 dövlət qeydiyyat nişanlı avtomobillə qadını vurub. Ağır xəsarət alan orta yaşlı qadın hadisə yerində keçinib.

İlkin araşdırmalardan sonra məlum olub ki, ölən qadın Xətai rayon sakini, 1954-cü il təvəllüdlü Salamova Sevda Əhməd qızıdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.