Dövlət Bağçalı HAKİMİYYƏTDƏ İŞTİRAK ETMƏYƏCƏK
26-06-2018 09:11
Baxış sayı:
3388

Cümhur İttifaqının seçki qələbəsindən sonra kabineti formalaşdırmaq işləri də başlayıb. MHP-nin lideri, kabinetdə yer almağı dəqiq bir dillə rədd edib.
24 iyun seçkiləri prezident Rəcəb Tayyib Ərdoğan ilə Cümhur İttifaqının qələbəsi ilə nəticələndi.
Seçki nəticələrində MHP-nin aldığı səsləri də diqqət çəkicidir.
11,1 faiz nisbəti ilə Məclisdə 49 deputat yeri qazanan MHP-nin, kabinetdə yer almayacağı məsələsində qərarlı görünür.
VİTSE PREZİDENT DƏ OLMAYACAQ
MHP sədri Dövlət Bağçalı, vitse prezident təklifinə də isti baxmadığını və ümumiyyətlə hökumətdə iştirak etməyəcəyini söyləyib.
Müxalifət.az