Misirli aparıcının MÜDHİŞ 24 İYUN ŞƏRHİ

Misirli Tv aparıcısı Mutaz Matter, “Əl Şərq” telekanalındakı proqramında canlı yayımda 24 iyun seçki nəticələrini analiz edib.
Misirin təcrübəli televiziya aparıcısı, "Bu seçki nəticəsi bir inqilabdır" - deyib. Mutaz Matter prezident Ərdoğanın bütün ümmətin lideri olduğunu, bu səbəblə də yalnız Türk xalqını deyil, bütün İslam aləmini təbrik edib.
Ərəb dünyasında Ərəb xalqlarının Ərdoğan kimi bir lider istədiklərini vurğulayan Misirli diktor, "Mənə Ərdoğanın doğru lider olduğunu necə başa düşürsünüz - deyə soruşurlar, Ərdoğanın doğru lider olduğunu görmək üçün kimlərlə mübarizə etdiyinə baxın" deyib.
Qərb mediasının Ərdoğana qarşı düşmənçiliyini ekrana gətirən Misirli aparıcı, Qərb ilə BƏƏ və çevrilişçi Sisinin ümumi dərdlərinin Ərdoğan olduğuna diqqət çəkib.
Müxalifət.az