​Putinin adamı HƏMAS-la görüşdü: Nələr müzakirə edildi?

Baxış sayı:
10315

Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, tərəflər Fələstin-İsrail münaqişəsinin həll yollarını müzakirə edib.
"Reallaşan söhbət əsnasında Fələstin-İsrail münaqişəsinin BMT qətnamələrinə uyğun olaraq həlli, eləcə də Qahirədə HƏMAS və Fəth arasında imzalanan müqavilə əsasında milli Fələstin birliyinin ən qısa zamanda yenidən təmin edilməsi məsələlərinə önəm verilib", - bu barədə Rusiya XİN-in məlumatında bildirilib.