Yunanıstan Fələstinlə danışıqlara başladı: İsrail təşvişdə...
25-06-2018 22:30
Baxış sayı:
10441

Yunanıstan enerji şirkəti "Energean" Qəzza sahillərində qaz yataqları üzərində işləyəcək.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı yunan tərəfi Fələstin rəhbərliyi ilə danışıqlara başlayıb.
İsrail qəzeti "Themarker"in xəbərinə görə, İsrail sahillərindəki Kariş və Tanin qaz yataqlarını inkişaf etdirən "Energean" bu dəfə Qəzza sahillərindəki qaz yataqlarına göz dikib.
İsrail Energetika Nazirliyi də açıqlamasında tərəflər arasında aparılan danışıqları yaxından təqib etdiyini və İsrailin bu prosesi iqtisadi baxımdan öz lehinə çevirə biləcəyini söyləyib.