Kılıçdaroğlu istefaya gedir? - Millət vəkilləri ayağa qalxdı
25-06-2018 22:22
Baxış sayı:
10447

CHP-çi millət vəkilləri partiya sədri Kamal Kılıçdaroğlunu istefaya çağırıb.
Muxalifet.az xəbər verir ki, millət vəkili Ərən Ərdəm Kılıçdaroğlunun 2920 gün ərzində 9 seçkidə məğlub olduğunu və ən doğru qərarın istefa olacağını bildirib.
Elazığdan olan millət vəkili Gürsəl Ərol da uğursuzluqda idarəçiliyi səbəb göstərərək Kılıçdaroğlunu dərhal istefa verməyə çağırıb.