​PKK-nın gözü ilə deyil, öz gözünüzlə görün - Qalın

Baxış sayı:
10219

"Həqiqətləri PKK terror təşkilatının gözü ilə deyil, öz gözünüzlə görün", - bu sözlərim senzuraya məruz qalıb. Muxalifet.az xəbər verir ki, bunu Türkiyə hökumətinin sözçüsü İbrahim Qalın BBC London Radiosuna müsahibəsinə münasibət bildirərkən deyib. Qalın senzuraya məruz qalan müsahibəsində Türkiyənin PKK, FETÖ, İŞİD-lə eyni anda mübarizə apardığını bildirib. Qalın BBC-yə belə bir müsahibə verdiyini bəyan edib: "Bunlar həqiqət deyil, PKK təbliğatıdır. Bir gün sizi qonaq edək. Diyarbəkirə gəlin və regiondakı həqiqətləri PKK terror təşkilatının gözü ilə deyil, öz gözünüzlə görün".