MHP-li Ülkücülərdən Yaşar Oxuyana “EŞŞƏKLİ" ÇAĞIRIŞ

Ankarada bir qrup ülkücü, seçki öncəsi qatıldığı televiziya proqramında “MHP tək başına səddi keçsin, Meydanda anqırmasam şərəfsizəm” deyən Vətən Partiyasının sədr müavini Yaşar Oxuyana, Tandoğan Meydanında etiraz edib. Yanlarında gətirdikləri eşşək maketinin üzərində Yaşar Oxuyan yazan qrup, Oxuyandan sözünü tutmasını gözlədiklərini deyib. Oxuyan isə sözünün "Dövlət Bağçalının seçkiyə təkbaşına girdiyi təqdirdə" etibarlı olacağını deyib.
Təxminən 20 nəfərlik bir qrup, saat 14.00 radələrində Ankaranın Tandoğan Meydanındakı saat qülləsi önünə toplaşıb. Yanlarında gətirdikləri eşşək maketinin üzərində Yaşar Oxuyan yazan qrup, "Ülkücülər burada eşşək Yaşar haradadır" - deyə şüarlar səsləndiriblər. Aksiyanı ülkücülər adına etdiklərini deyən qrupun açıqlamasında bunlar deyilib:
“16 aprel 2018-də bir proqramda Yaşar Oxuyan “MHP seçki barajını keçərsə, mən də Tandoğan Meydanına gəlib eşşək kimi anqırmasam şərəfsizəm” demişdi. Biz də onun bu sözü tutacaq ləyaqətə sahib olmadığına inandığımız üçün onu təmsil edən bir eşşəyi bura gətirdik. Amma yenə də biz ona müraciət edirik, bir az da olsa şərəfin varsa, özünün dediyi kimi, bu meydana gəlib, anqırmasını gözləyirik. Sonda yenə eyni olacaq. Deyirik ki, onun kimi eşşəklər olduqca, ona yük yəhəri vuracaq ülkücülər hər zaman var olacak ".
Müxalifət.az