Hərbi paradda 13 ölkədən nümayəndə heyəti iştirak edəcək - SİYAHI
25-06-2018 15:24
Baxış sayı:
9562

Sabah Bakıda keçiriləcək hərbi parada qatılacaq ölkələrin adı məlum olub.
Muxalifət.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, 26 iyun – Azərbaycan ordusunun 100 illiyi münasibətilə Bakıda keçiriləcək təntənəli hərbi paradda Türkiyə, Pakistan, Belarus, Bəhreyn, BƏƏ, Gürcüstan, İran, İsrail, Qazaxısan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan nümayəndə heyətləri qonaq qismində iştirak edəcək.