İmişlidə dəhşətli qəza: 1 ÖLÜ, 5 YARALI

Baxış sayı:
9238

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayon mərkəzindəki Koroğlu küçəsində “Mersedes” markalı 90 SG 519 dövlət nömrə nişanlı avtomobillə VAZ-2107 markalı 90 BB 693 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.