Məhərrəm İncədən SEÇKİ AÇIQLAMASI: NƏTİCƏLƏRİ QƏBUL ETDİMİ?
25-06-2018 13:16
Baxış sayı:
9133

CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə seçki nəticələri ilə bağlı açıqlama verib. Məhərrəm İncənin nəticələrlə bağlı dedikləri:
“Həyat yoldaşımı qaçırıblar, məni təhdid ediblər kimi, belə şeylər olmadı. Cənab Ərdoğan xahiş edirəm, artıq bu gündən sonra AK Partiyanın başçısı kimi davranmayın. 81 milyonun prezidenti olun. Artıq hər birimizin prezidentisiniz. Mən seçilsəm elə edəcəkdim. Hamı qucaqlayacaqdım. “Xeyr” blokunun 16 aprel referendumundan az səs alması mütləq izahat istəyir. Bizim partiyadaşlarımızın verdiyi rəqəmlərlə Mərkəzi Seçki Komissiyasının bizə çatdırdığı rəqəmləri arasında çox böyük fərq yoxdur. Buna görə də seçki nəticələrini qəbul edirəm”.
Müxalifət.az