CHP ƏRDOĞANI TƏBRİK ETDİ

Baxış sayı:
8317

CHP-dən prezidentliyə namizəd Məhərrəm İncə, bu gün saat 12.00-da seçkiyə dair bəyanat verməsi gözlənərkən, ana müxalifət partiyasından prezident Ərdoğana ilk təbrik mesajı gəlib.
 
CHP-nin İstanbul millət vəkili İlhan Kəsici, seçkidə qalib olan prezident Rəcəb Tayyib Ərdoğana təbrik mesajı göndərib.
Kəsici, Twitter ünvanından bunu yazıb:
“Seçki nəticələri vətənimiz, dövlətimiz, millətimiz və xalqımız üçün xeyirli, uğurlu olsun. Ən başda cənab prezidentimiz olmaqla, qalibləri, seçkiyə qatılan hər kəsi və çox yüksək iştirakla səsvermədə iştirak edən bütün vətəndaşlarımızı can və könüldən təbrik edirəm".
Digər tərəfdən, CHPnin prezidentliyə namizədi Məhərrəm İncənin, bu gün seçkilərlə bağlı saat 12.00-da edəcəyi mətbuat konfransı öncəsi Kəsicinin Ərdoğanı təbrik etməsi diqqət çəkib.
Müxalifət.az