3 tona yaxın narkotik vasitə məhv edildi - FOTO
25-06-2018 10:15
Baxış sayı:
8002

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2018” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında ümumi çəkisi 2 min 900 kiloqram olan 8400 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub.
Həmin çətənə kolları polis əməkdaşları ı tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırma aparılır.