​Azərbaycanda bu müəllimlər 300 manat əmək haqqı alacaq - Nazirlik AÇIQLADI

Baxış sayı:
2824

Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır. Muxalifet.az xəbər verir ki, Təhsil Nazirliyinin illik hesabatının açıqlanması ilə bağlı tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev bildirib ki, 2014-2017-ci illər ərzində 134 136 min müəllim diaqnostik qiymətləndirilmədən keçib. Onun sözlərinə görə, Azərbaycanda olan müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər əmək haqqı alır: "Müəllimlərin 35,9 faizi 300-500 manat arası, 27,1 faizi 500-700 manat arası, 10 faizi 700-900 manat arası, 3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alır".