Türkiyədə bu kənddə cəmi 2 nəfər səs verdi - SEÇKİLƏR DƏ ƏN TEZ BUARADA QURTARDI - Video / Fotolar

Baxış sayı:
1492

Türkiyənin Batman əyalətində yezidilərin yaşadığı kənddə cəmi iki nəfər seçici səs verib.

Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb kənd əhalisinin ölkədən xaricdə olmasıdır. Bununla da seçkinin ən tez başa çatdığı əyalət Batmanın Yolverən kəndi olub. 2252 nömrəli seçki qutusunda kəndin muxtarının və bir vətəndaşın bülleteni olub. Seçki qutusu paytaxta yola salınıb. 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.