“Türkiyəmiz sanki demokratik bir inqilab həyata keçirir” – ƏRDOĞAN

Türkiyədə 27-ci çağırış millət vəkilləri və prezident seçkilərində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Üsküdarda yerləşən Saffet Çebi orta məktəbindən səs veriblər.
Ərdoğan səsvermədən sonra mətbuat nümayəndələrinə açıqlama verib. O bildirib ki, indiyə qədər səsvermə sakit və demokratik şəkildə davam edir:
"Türkiyə daxilində səsvermənin gedişatını izləyirəm. Dünyanın ən inkişaf etmiş ölkələrində belə seçkilərdə əhalinin 30-40 faizi iştirak edirdisə, Türkiyədə bu göstıricilər 85 faziə qədərdir. Bu isə demokratiyanın nə dərəcədədə güclü olduğunu östərir. Buna baxmayaraq bu seçkilərin bir başqa xüsusiyyəti də var. Hazırda bu seçki ilə Türkiyəmiz sanki demokratik bir inqilab həyata keçirir. Prezidentlik sisteminə keçmək ilk dəfə bizlərə nəsib oldu. Mən inanıram ki, ölkəmizdə demokratiya, inkişaf əvvəlkindən də sürətlə davam edəcək. Bunun üçün bütün vətəndaşlarımızı səsvermə hüquqlarından istifadə etməyə çağırıram. Bütün millətimə ürəkdən sevgilərimi və hörmətimi çatdırıram".
Ərdoğan bu saatlara qədər heç bir qanundan kənar hadisələrin qeydə alınmadığını da vurğulayıb:
"Millətimizə güvənirəm, bu yeni bir dövrün başlanğıcı olsun".