Xalası qızını bu səbəbdən öldürdü - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI
24-06-2018 12:22
Baxış sayı:
3715

Hacıqabul sakininin xalası qızının boğazını kəsərək qətlə yetirməsinin təfərrüatı məlum olub.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Muğan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Məlikzadə Rəvanə Məlikağa qızı xalası oğlu tərəfindən bıçaqla boğazından kəsilərək qətlə yetirilib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə gətirilib.
İlkin məlumata görə, xalası oğlu R.Məlikzadənin onu sevməməsi səbəbindən belə bir cinayət törədib.
Faktla bağlı araşdırma aparılır.