Terrorçubaşı CƏMİL BAYIK ƏLƏ KEÇİRİLDİ

Baxış sayı:
3835

PKK-nın Qəndildəki başçılarından biri Cəmil Bayık, Türk Silahlı Qüvvələri və MİT-in bir müddətdir ki, bölgədə apardığı əməliyyatlar nəticəsində ələ keçirildiyi bildirilib.
 
Terror təşkilatı PKK-nın Qəndildəki başçılarından biri Cəmil Bayık, Türk Silahlı Qüvvələri və MİT-in bir müddətdir ki, bölgədə apardığı əməliyyatlar zamanı ələ keçirildiyi irəli sürülüb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Şanlıurfa mitinqində dediyi, "Yığıncaq vəziyyətindəki lider komandanı həll etdik" ifadəsi də məhz bu hadisəyə yönəlik olduğu qeyd edilir.
 
HAVA ƏMƏLİYYATINDAN SONRA ƏLƏ KEÇİRİLİB
 
Məlumata görə, terror təşkilatının rəhbər heyəti İranla da koordinasiya halında aparılan işlər çərçivəsində bir müddətdir ki, mühasirə altında saxlanılırdı. Hər an ələ keçirilməsi gözlənilən xainlərin yuvalarına qarşı həyata keçirilən hava əməliyyatlarından sonra, ərazidəki Xüsusi Təyinatlı qrup uğurlu əməliyyata imza ataraq terrorçubaşı Cəmil Bayık və yanındakı bəzi təşkilat mənsublarını paketləyib.
 
ÖCALANDAN SONRA PKK-ya ƏN BÖYÜK ZƏRBƏ
 
2013-ci ildən etibarən təşkilatın 1 nömrəsi olaraq fəaliyyət göstərən terrorçubaşı Cəmil Bayıkın sağlamlıq vəziyyəti, əməliyyatın detallarına dair təfərrüatların rəsmi açıqlanmasının yaxın gün və ya saatlarda olacağı gözlənilir. 1999-da PKK lideri Abdullah Öcalanın yaxalanmasından sonra PKK-ya vurulan ən böyük zərbə xarakterli bu əməliyyatdan sonra təşkilatın tamamilə dağılması gözlənilir.
Müxalifət.az