Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqladı
16-09-2017 20:42
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov İntizam Ehtiram oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bud nahiyəsindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır(publika.az).