PENSİYA TƏLƏSİ – Rəsmi qurumlar vətəndaşı necə aldadır…

Baxış sayı:
15574

Azərbaycanda pensiyaya çıxmaq üçün 36 000 pensiya kapitalı toplamağa məcburdur. Əgər bu vəsait toplanılmayıbsa, pensiya yox, 180 AZN qocalıq müavinəti verirlər. Təkcə bu cümlə ilə çörək dalınca Rusiya, Türkiyə və başqa dövlətlərə üz tutmuş və burada işsiz olan milyonlarla vətəndaş pensiyadan məhrum edilir.
Bəllidir ki, ölkəmizdə pensiya yaşı 65-ə qaldırılıb. Ətrafınıza nəzər salın (qohumlara, qonşulara, tanışlara), neçə adam bu yaş həddinə çatıb və ya keçib. 3-5 adam. Yəni insanlar pensiya yaşına çatmamış dünyasını dəyişir və pensiya almırlar. Hətta bu yaşa çatsa belə, 1-2 il pensiya alıb vəfat edirlər.
İndi pensiya kapitalı haqqında məlumat verək. Pensiya kapitalı 12-yə bölünür (sanki vətəndaş pensiyaya cıxdıqdan sonra 12 il yaşayacaq), alınan məbləğ 12 aya bölünür və ortaya çıxan cüzi məbləğ hər ay pensiya kimi ödənilir. Ən əsası, əgər vətəndaş vəfat edirsə, onun əzab-əziyyətlə topladığı pensiya kapitalı qalır(onun ailəsinə, övladlarına yox) büdcə talançılarına. Çünki pensiya kapitalının adını “pensiyanın sığorta hissəsi” adlandırıblar. Başa düşmək olmu, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, yoxs sığorta şirkəti? Əgər vətəndaşı sığorta ediblərsə, onda onu 79 yaşa qədər yaşatsınlar.
İndi isə Statistika Komitəsi (yuxarıdan gələn əmrlə) yeni yalan istehsal edib. Guya Azərbaycanda insanların orta ömrü 79 ilə qalxıb. Sahil Babayev bu yalana istinad edərək, pensiya yaşının 67 yə qaldırılmasını təklif edir. Seçkilərdən sonra, yay aylarında sakitlik yarananda pensiya yaşını 67-yə qaldıracaqlar.
Diqqət edin, bizə necə tələ qurulub: yaşlı insanlar işsiz, xəstə, dərmansız qalır və nəticədə ölür, ondan sonra onun ömür boyu əzab-əziyyətlə işləyib topladığı kapital büdcə talançılarına qalır. Dünyanın heç bir ölkəsində belə qanun yoxdur və ola da bilməz. Bu, yalnız Azərbaycanda mümkündür.
Deputatlar qiymətləri qaldıranda xorla deyirlər ki, Avropa ölkələrində qiymətlər bahadır. Bəs nə üçün demirlər ki, Avropa ölkələrində 55 yaşdan sonra pensiya kapitalından istifadə etmək hüququ var?! Qazaxıstanda 60 yaşdan sonra, hətta ev və ya avtomobil alırsansa pensiya kapitalından istifadə edə bilərsən. Vətəndaş əgər vəfat edirsə, onun pensiya kapitalının qalan hissəsi onun ailə üzvlərinə verilir. Azəbaycanda isə olmaz. Ölməlisən və sənin halal pensiya kapitalın büdcə talançılarına qalmalıdır.
Baxın, necə ideal tələ qurulub.
İlham Abdurəhimov