MM sədrinin 1-ci müavininin qəbulundan bir il keçdi...

Baxış sayı:
14824

Bu gün - 16.01.2024-cü ildəki qəbulundansa  imtina edildi

Qrafiklə bu gün- 16 yanvar 2024-cü ildə MM sədrinin 1-ci müavini , millət vəkili Əli Hüseynlinin qəbul günüdür. Düz bir il qabaq bu sətirlərin yazarı hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qəbulunda olanda, hörmətli millət vəkili təqdim etdiyim sənədlərlə tanış olub, problemi çözəcəyinə söz vermişdi. Di gəl, bir il bir sonuc vermədi. Əksinə, bircə icra olunan məhkəmə qərarının icrası məhkəməyə müraciət etdiyimə görə özbaşınalıqla dayandırıldı. 15 ildir nə xeyrimə çıxarılan məhkəmə qərarları icra edilir, nə də yuxarı instansiyanın ləğv etdiyi işlərə yenidən baxılır. Heç məhkəmə təminatı, hüquqi yardım almaq hüququm da tanınmır.
İndi isə qəbuluna yazmadılar ki, keçən ay qəbulda olmuşam. Düzdür, 01.12.2023-cü ildə hörmətli deputatın qəbulunda oldum və növbəti yol mənə hüquqi yardım ediləcəyi bildirildi, amma 45 gündür Vəkillər Kollegiyasından bir səs-soraq yoxdur.  Bakı İnzibati Məhkəməsi isə nəinki qəbul etdiyi qərarların icrasını  8 ildir təmin edir, heç verdiyim ərizələrə belə baxmır. Bu yandan da borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı 1 BİİM-in 7 il qabaqkı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarı ilə pensiyama əlavə etdiyi 110 manatı kəsib, dövlətin adından çıxarılan məhkəmə qərarını pensiya işindən yoxa çıxarıb. Nə prokurorluq, nə polis, nə ədliyyə, nə maliyyə, nə Ombudsman , nə PA, nə NK, nə Hesablama Palatası, nə məhkəmənin özü bu dövləti cinayətə qiymət verir. Bircə MM özbaşınalığa son qoymağa çaba göstərir,  amma borclu ƏƏSMN tabeliyindəki qurumlara,  anadolular demiş, vız gəlmir.
... Hörmətli Əli Hüseynlidən Bakı İnzibati Məhkəməsinin İPM-in 116-120 maddələri ilə üzərinə qoyulan xidməti görəvini yerinə yetirməsini diləyəcəkdim. Alınmadı, 17-də Prezidentliyə namizəd Fazil Mustafanın qəbuluna yazılmışam. Amma getməyə dəyərmi? Onsuz da ƏƏSMN, tabeliyindəki qurumlar nə Prezident tanıyır, nə MM, nə Konstitusiya, nə məhkəmə.
Saytların yazdığı kimi, zibilə düşmüşük. Elə zibilə ki, məhkəmə qərarını 7 ildən sonra ləğv etmək gücündədir..
Məğrur BƏDƏLSOY