Ərdoğan Putinlə 6 saat 20 dəqiqə nədən danışıb? - 2019-a YEKUN BAXIŞ
30-12-2019 22:36
Baxış sayı:
3738

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə 14 ölkəyə səfər edib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Ərdoğanın ən çox səfər etdiyi ölkə Rusiya olub.
Türkiyə prezidenti 2019-cu ildə Rusiyaya 5, ABŞ-a isə 2 səfər edib.
2019-cu ildə ilk səfərini Rusiyaya edən Ərdoğan ilk 3 xarici səfərini də Moskvaya edib. Onun sonuncu Rusiya səfəri oktyabrın 22-də baş tutub. Səfər zamanı Ərdoğan və Putin 6 saat 20 dəqiqə danışıqlar aparıb.
Prezident Ərdoğan 2019-cu il üçün sonuncu səfərini Tunisə edib.
Ərdoğan bu il başda Azərbaycan olmaqla Tacikistan, Yaponiya, Macarıstan, Qətər, Britaniya, Çin, Serbiya kimi ölkələrdə də danışıq aparıb.