Rusiyadan bəyanat: Türkiyə daha bir S-400 alacaq
27-12-2019 19:39
Baxış sayı:
3487

Rusiya baş naziri köməkçisi Yuri Borisov Türkiyənin Rusiyadan daha bir S-400 almasının gözlənildiyini söylədi. Muxalifet.az "Hurriyet"ə istinadla bildirir ki, Borisov bu barədə bir telekanala müsahibəsi zamanı məlumat verib. O, “Türkiyə çox güman ki, bizimlə işləməyə davam edəcək. Silah ixracatı rəqabəti hər zaman çətin olmasına baxmayaraq, biz hər zaman ixracatda ikinci yerdəyik” dedi. Havadan müdafiə sistemlərinin istehsalında Rusiyanın öndə olduğunu bildirən Borisov, gəmi istehsalında işlərin davam etdiyinə və yaxşı nəticələr əldə ediləcəyinə işarə edib. Rusiya hər il 15 milyard dollarlıq silah ixrac edir. Muxalifet.az