Kanal İstanbul - Misir və BƏƏ-ni qıcıqlandıran bir Osmanlı arzusu.../ TƏHLİL

Baxış sayı:
3724

Yaxın Şərq arenasına yeni “odlu kürə” atıldı - bu, Türkiyə Prezidenti Ərdoğanın şəxsi arzusuna çevrilən yeni İstanbul Kanaldır. Onun açıqlaması, Türkiyə layihəsinin rəqabət edə biləcəyi Süveyş kanalı ətrafında Ankara və Qahirə arasında qarşıdurma zirvədə olduğu vaxtda, cəmiyyətdə mübahisələrə səbəb oldu. Yeni kanal və BƏƏ limanları arasındakı rəqabətdə də qarşıdurma var, baxmayaraq ki, bu layihə başa çatdıqdan sonra Qara və Mərmərə dənizlərini birləşdirəcək, istər-istəməz İstanbul və Dubay arasında dağıdıcı müharibəyə səbəb olacaq! İstanbul Kanalı layihəsi - nədir və necə başladı Yeni İstanbul Kanalı, Türkiyənin ən böyük milli layihələrindən biridir və 2023-cü ildə açılaraq, iki dənizi - Qara və Mərmərə dənizini birləşdirməsi gözlənilir. İdeya özü yeni deyil və Qanuni Sultan Süleymanın dövrünə (1520-1568), Memar Sinanın bu təşəbbüslə çıxış etdiyi zamana təsadüf edir, lakin layihə həyata keçirilməmişdi. İkinci cəhd 1591-ci ildə işlərin bərpa olunmasını əmr edən Sultan Murad III dövründə oldu, lakin bir müddət sonra yenidən dayandırıldı. Kanalın qurulması ideyası 1654-cü ildə Sultan Mehmed IV dövründə yenidən müzakirə edildi, lakin bu məsələdə qətiyyətli olan və layihəni irəli sürməyə çalışan Sultan Mustafa III (1757-1774) gələnə qədər təxirə salındı. Çox böyük xərclər üzündən bu mümkün olmadı. II Sultan Mahmud taxt-tacı ələ keçirdikdə, təklifi yenidən nəzərdən keçirmək və müfəssəl hesabat hazırlamaq üçün komitə də yaratdı (1813-cü ildə), lakin konkret addımlar atılmadı. 1920-1952-ci illərdə su elektrik enerjisi istehsalı üçün Cəbəllütariq boğazının qarşısında bir bənd tikmək və Aralıq dənizinin səviyyəsini 60-200 metrə (200-660 fut) endirmək təklif edildiyi üçün layihə yenidən müzakirəyə gəldi. Bu plan Çanaqqala boğazında səddin inşasını nəzərdə tutsa da, uğursuzluqla üzləşdi. 1994-cü ildə yerli seçkilər keçirildi, bu müddət ərzində Demokratik Sol Partiyanın lideri Bülənt Ecevit köhnə layihəni tamamlamağı təklif etdi, ancaq hökuməti bu işə başlamaq üçün inandıra bilmədi. 2009-cu ildə AKP dövründə Türkiyə hökuməti layihənin yenidən öyrənilməsini və yenidən üzərində işlənməsi üçün çalışmağı tövsiyə etdi. 27 aprel 2011-ci ildə o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan İstanbul kanalının tikintisi ideyasını elan etdi və onu "fırtınalı ideya" adlandırdı. İki il ərzində layihənin öyrənilməsi başa çatdı və maliyyə mənbələri tapıldı. Layihənin həyata keçirilməsində əsas rolu türk ordusu öz üzərinə götürsə, onun dəyəri dövlət xəzinəsindən ayrılacaq 10 milyard dolları keçəcək. Bu layihə Türkiyənin gələcəyi üçün böyük əhəmiyyət daşıyır və kanalın açılış tarixi artıq razılaşdırılıb. Bu, 2023-cü ildə, Türk dövlətinin qurulmasının ildönümündə və hökumətə Boğazdan gəmilərin keçməsi üçün heç bir vergi toplamağa imkan verməyən Lozanna Müqaviləsinin sona çatmasıyla reallaşacaq. Mövcud məlumatlara görə, kanalın dərinliyi 25 metr, eni 147 metr olan kanalın uzunluğu 45-50 kilometr olacaq. Belə tikinti İstanbulun Avropa tərəfini ayıra bilər, Qara və Marmara dənizində Boğaza qədər çimərlikləri olan yeni ada yarada bilər. Bu o deməkdir ki, kanaldan ən böyük gəmilər və sualtı qayıqlar keçəcək - gündə 160 gəmi. Daxili xarici problemlər. Layihə həyata keçəcəkmi? Bu yolda Ərdoğan bir çox daxili və xarici siyasət çətinlikləri ilə qarşılaşır. Layihəni risk altına qoya bilərlər və ən böyük təhlükə, AKP-nin köhnə siyasi rəqibi - CHP tərəfindən maneə törədilməsidir. O, nəinki bu fikri dəstəkləmir və daha çox məlumat tələb edir, eyni zamanda İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun dediyi kimi layihəni tarixi şəhərə xəyanət hesab edir. İmamoğlunun sözlərinə görə, kanalın inşası şəhəri tarixi xüsusiyyətlərindən məhrum edəcək və buna görə də özü və partiyası layihənin həyata keçirilməsi üçün maliyyə ayrılmasından imtina edəcək. Bunun əvəzinə, o, İstanbul kanalına ayrılan büdcənin, daha sərfəli layihələrə yatırılmasını tələb edir. Bu mövqe, xarici problemlər qarşısında Türkiyə iqtisadiyyatının sabitliyini nümayiş etdirmək üçün, xəyalını gerçəkləşdirməkdə israr edən Ərdoğanın fikirləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Bundan əlavə, o, adi Türkiyə vətəndaşlarını kosmik raketlərin atılması, olimpiya və futbol obyektlərinin açılması, Krıma körpünün inşası və sair kimi nəhəng layihələrin həyata keçirilməsində bundan sonra da iştirak etməklə həvəsləndirmək istəyir. Xatırladaq ki, Rusiya Prezidentinin Milli İqtisadiyyat Akademiyasının eksperti Sergey Hestanovun rəhbərlik etdiyi bi çox rus iqtisadçısı Ərdoğan layihəsini qəti şəkildə dəstəkləyir. Onun sözlərinə görə, İstanbul kanalı iqtisadi baxımdan perspektivli bir layihədir və yalnız Qara dənizə çıxışı olan ölkələrin gəmiləri bu ərazidən pulsuz keçə bilər, qalan hissəsi Türkiyəyə böyük qazanc gətirəcəkdir. Digər tərəfdən, Hestanov nəhəng sərmayə tələb edən belə böyük və uzunmüddətli layihənin icrasının təxirə salınmasını tələb edə biləcək bir sıra vacib amillərə işarə edir. Mövcud beynəlxalq vəziyyəti, Türkiyənin Suriyadakı hərbi münaqişədə iştirakını və ABŞ sanksiyalarının təzyiqini nəzərə alsaq, lazımi vəsait tapmaq çox çətin olacaq, ABŞ-ın sanksiyalarından kənarlaşan, Türkiyənin ən vacib iqtisadi tərəfdaşı olan Çinin, Qara dəniz bölgəsində iqtisadi maraqları yoxdur və çətin ki, o köməyə gəlsin. Xarici siyasətə gəldikdə, ilk növbədə ABŞ və qonşu Avropa ölkələri geoloji nəticələrindən narahat olduqlarını əsas gətirib, layihəyə mənfi münasibət bildirirlər. Türkiyə Nəqliyyat Nazirliyinin cavabı çox keçmədi - agentlik zəlzələ riskləri, şəhərsalma, iqtisadi, mədəni və ekoloji nəticələrin təhlili də daxil olmaqla müxtəlif sahələrdə aparılan araşdırmaların nəticələrini göstərən bir bəyanat yaydı. Bu işlərdə Boğaziçi Universiteti, Orta Doğu Texniki Universiteti və İstanbul Texniki Universiteti də daxil olmaqla bir sıra universitetlərdən 33 şöbə və 200-ə yaxın elm adamı iştirak etmişdir. Müxtəlif layihələrin ətraf mühitə təsirini öyrənməkdə iştirak edən 57 müəssisə və təşkilat rəy verdi. Layihə üçün ikinci təhlükə, dünya KİV-lərinin Misir və Türkiyənin arasını vurmaq yönündə verilən bəyanatlardır Bu məlumatlar, əlbəttə ki, Ankara və Qahirə arasında anlaşılmazlıq yaratmaq üçün “odun üstünə yağ” tökür. Hak-küy salan media tez-tez layihənin tarixi köklərə sahib olduğuna və İstanbul Kanalının Süveyş kanalına nə iqtisadi, nə siyasi, nə də dənizi naviqasiyası baxımından ciddi təhlükə yaratmadığına göz yumur. Məlumata görə, yeni kanal Qara dənizi Mərmərə ilə birləşdirəcək, Süveyş kanalı Aralıq dənizini Qırmızı dənizlə birləşdirir, yəni hər kanalın fərqli vəzifəsi var və rəqabət üçün əsas yoxdur. Türk kanalının, bu dəfə real olraq açılacağı təqdirdə, Türkiyənin Çin –Avropa arasında, cənub oxundan şimal oxuna və Qara dəniz oxuna, Ədən, Berbera və Bab əl-Məndəb limanlarına BƏƏ-nin təsirinə yaratdığı təhdid nə olacaq? Bu situasiya, xüsusən Dəmir İpək Yolu layihəsinin başa çatması və İstanbulun qlobal ticarətin mərkəzinə çevrilməsi nəticəsində, iqtisadi rəqabət və ticarət qütbləşməsi sahəsində Türkiyənin imkanlarını maksimum dərəcədə artırır. Dubay regional maliyyə mərkəzi mövqelərdən sonsuza qədər imtina etməyə məcbur olacaq! "Noon Post" Tərcümə etdi: Ülviyyə Şükürova Muxalifet.az