ŞOK: Türkiyə diplomatının avtomobili yandırıldı
23-12-2019 14:13
Baxış sayı:
2187

Yunanıstanın Saloniki şəhərindəki Türkiyə konsulluğunun diplomatlarından birinin avtomobili yandırılıb. Muxalifet.az report-a istinadən xəbər verir ki, yanğın dekabrın 23-də səhər saatlarında olub. Bildirilib ki, avtomobil arxa təkərlərinə şam yerləşdirilərək yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov başqa avtomobillərə keçməyib. Yerli polis hadisə ilə bağlı araşdırma aparır. Yanğının törədənin kimliyi məlum deyil.