Rusiya "sabitlik ada"sından "qasırga gözü"nə çevrilə bilər

Baxış sayı:
2725

Rusiya hökumətinin natalist siyasəti doğuş səviyyəsini yüksəltməyə yönəlmişdi ki, nəticədə artan pensiyaçılar ordusunu əvəzləmək üçün kifayət qədər işçisi olsun və bu, həm əmək qabiliyyətli rusiyalıların həm indi və həm də növbəti iki il üçün yükünü artırır. İqtisadçı Maksim Blant deyir ki, onilliklər uşaq sayının artmasını da yoxa çıxardacaq.
Muxalifet.az 
bu brədə politoloq Pol Qobl-a istinadla xəbər verir.
Bu fürsət, "hər an" Rusiya Federasiyasını, Kremlin danışmağı sevdiyi "sabitlik adasından" "qasırğa gözü" nə çevirə bilər, xüsusən də ona görə ki, ruslar övlad sahibi olmaq istədikləri üçün deyil, əksinə uşaq vasitəsilə dövlətdən pul qoparmaq istəyirlər (svoboda.org/a/30328241.html). İqtisadçının fikrincə, bu əsasla qəbul olunan qərar yaxşı heç nə vəd etmir və xüsusən də Moskva rəsmilərinin danışmaq istədiyi “insan kapitalının keyfiyyətini” yaxşılaşdırmaq üçün heç nə verməyəcəkdir. Bunun əvəzinə, rejimin yaşadığı yeni nəslə dəstək verə bilməyəcəyi ortaya çıxan zaman, ictimai və siyasi nəticələr "son dərəcə kədərli" olacaqdır.
Rusiya hökuməti, unudub ki, varlı ailələrə nisbətən yoxsul ailələr daha çox övlad sahibi olurlar və beləliklə, insanların pul güzəştlərinə şirniklənib daha çox uşaq sahibi olması, əgər alınarsa da, qısa müddətə işləyəcək, deyə Blant davam edir.

O, əlavə edir ki, hazırkı Rusiya hökumətinin iqtisadi və hərbi planlarının çox deyil, daha az adam tələb etdiyini nəzərə alaraq, uşaq artımına niyə bu qədər çox meylli olduğunu başa düşmür. Yeganə ağlabatan izahat, rejimin artan təqaüdçü yerini gənc nəsillə doldurmaq üçün bunu etməsidir.
Ancaq bu reallığa uyğun izahdırsa, hökumət hazırda qarşılaşdığı problemlərlə bağlı çox xəbərdarlıq alıb. Bu demoqrafik nəticə "20 il əvvəl yaxşı məlum idi" və bəlkə də hökuməti məsuliyyət daşımağa məcbur etmək əvəzinə, insanları təqaüd üçün qəpik-qəpik pul yığmağa məcbur edən radikal vasitələrlə həll olundu.
Muxalifet.az