Ermənilər Batumi Limanını almaq istəyir - Hərraca çıxarıldı / ŞOK DETALLAR
18-12-2019 15:44
Baxış sayı:
3544

“Jamanak gündəlik” nəşri xəbər verir ki, Gürcüstan hakimiyyəti Batumi limanını hərraca çıxarıb. Hərracın ilkin satış qiyməti 600 milyon dollardır.
Ermənistanın müxtəlif dairələri limanı satın almağa imkan verən və bununla da Ermənistana maneəsiz yük daşınmasını təmin edəcək bir maliyyə dəstəyi təşkil etməyə çalışırlar.
“Səhmdar cəmiyyət yaratmaq ideyası müzakirə olunur. Diaspordan olan iş adamlarının iştirakı gözlənilir, lakin işi yerinə yetirmək üçün hazırda mövcud olmayan böyük bir start-up investisiya qoyulmalıdır”, – deyə müəlliflər qeyd ediblər./Konkret.az