Türkiyənin fəxri "TB2 BAYRAKTAR" - Suriyada şərəfsiz PKK bu dronlarla vuruldu / Video

Baxış sayı:
4975

İngiltərə Türkiyənin qlobal dron gücünə necə yüksəlməsinə necə təkan verdi?
Mənbəyi İngiltərədə olan dron istehsalçısı Türk PUA istehsalının inkişaf dövründə çatmayan vacib komponent verdi.
Muxalifet.az
bu barədə "The Quardian"a istinadla bildirir. 

Türkiyə, ilk dəfə İngiltərədə hazırlanmış və istehsalda vacib komponent çatışmayan hissəni alaraq ABŞ-ın “qatil dronlarına” ixrac qadağasını aradan qaldıra bildi, bu da Ankaranı dron texnologiyasında gücə çevirdi. Brightondakı fabrikdən gələn kömək Türkiyəyə dünyanın ikinci ən böyük dron istifadəçisi olmağa kömək etdi.
Türkiyənin “Bayraktar” TB2 dronları Suriyada PKK qüvvələrinə qarşı 3 əməliyyatda istifadə edildi.

Lakin Bayraktar TB2 dronları Türkiyədə istehsal edilsə də, 2015-ci ildə Brighton şəhəri kənarında yerləşən və EDO MBM Technology-nin hazırladığı Hornet raketi olmadan inkişaf etdirilə bilməzdi.
Dörd il ərzində Türkiyə təhlükəsizlik qüvvələri nəzdində 86 TB2 var və ABŞ-dan sonrakı sırada olsa da, İngiltərə və İsraildən öndədir.
Türkiyənin məqsədi onu Suriya və İraq sərhədlərində azğınlaşan PKK-çılara qarşı istifadə etmək idi. 2009-cu ildə ABŞ-ın Türkiyədə səfiri olmuş James Jeffrey WikiLeaks açıqlamalarına belə məruzə yazmışdı: “Türkiyə təcili öz PUA-larını istehsal etməyə çalışır ki, PKK-ya qarşı ABŞ-ın köməyi olmadan savaşa bilsin”.
Vaxtı ilə, prezident Ərdoğan ABŞ-dan Predator pilotsuz təyyarələrini almaq üçün müraciət etsə də, Konqress bunu təsdiqləmədi və Türkiyə də özü istehsala başlamalı oldu – istehsala isə Ərdoğanın kürəkəni Selçuk Bayraktar rəhbərlik etdi. O, 2015-ci ilin dekabrında ilk dəfə TB2 pilotsuz təyyarəsini sınaqdan keçirdi. Raketi işə salmaq üçün kiçik, yüngül bombalar olan – Hornet sistemi Bayraktara verilmişdi. Bu hissəni ekspertlər “ağıllı əl” adlandırırlar – o, atılan raketin təyyarədən düzgün uzaqlaşdırıldığın və hədəfə dəqiq tuşlanmasını təmin edir.


EDO MBM dünyanın ən böyük müdafiə şirkəti ABŞ-ın L3 Harris şirkətinə məxsusdur. Lakin şirkət İngiltərədə yerləşdiyi üçün, Britaniya və ABŞ-ın silah ticarəti tənzimlənməsinə tabe deyil, yəni qanuni olaraq raket ticarəti edə bilər. Leyboristlər partiyasının beynəlxalq ticarət üzrə nümayəndəsi Barry Gardiner, İngiltərənin Türkiyəyə silah satışından narahat olduğunu bildirdi.
Bayraktar TB2 pilotsuz təyyarəsi Ankaranın PKK-ya qarşı əməliyyatlarında əvvəllər dağlarda məhdud şəkildə aparıla bilən əməliyyatları çox yuxarı səviyyəyə qaldırdı. 7300 km yüksəklikdə 24 saat üçüş edə bilən və 150 kq yük daşıya bilən TB2 silahlarla yaxşı təchiz olunmuş, Türkiyənin milli qürur mənbəyidir. Afrin yaxınlığında Darmiq dağında TB2 nin PKK-nın əsasını qoyan terrorçubaşı Abdullah Öcalanın portretinin məhv etdiyi video bütün ölkəyə yayıldı – o qədər çox yayıldı ki, bu hətta smartfon oyununun yaranmasına səbəb oldu. Oyunda oyunçu Afrində silahlı dronu idarə edir.

Hazırladı:Şükürova Ülviyyə
Muxalifet.az