"Türkiyə ilə daha böyük planlarımız var"- Rusiyadan BƏYANAT

Rusiya qarşıdan gələn ilin ilk 6 ayında Türkiyəyə yeni S-400-lərin satılması barədə yeni razılaşma əldə etməyi düşünür. Bu açıqlamanı Rusiyanın dövlət silah satışı şirkəti “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev verib.
Muxalifet.az bu barədə "Voice of America"ya istinadla xəbər verir.
O, razılaşmaların maliyyə mövzularına yönəldildiyini irəli sürdü, bundan başqa “2020-ci ilin ilk yarısındaTürkiyəylə hərbi-texniki əməkdaşlığımız yalnız S-400 ilə məhdudlaşmır. Önümüzdə daha böyük planları var” dedi.
Mixeyev, haqqında danışdığı yeni müqavilənin imzalanması ilə, yeni S-400 sistemlərinin satılmasından başqa, bu sistemə aid bəzi hissələrin Türkiyədə istehsal olunmaq planlarının olduğunu da söylədi. Ancaq Türkiyədə istehsal olunacaq hissələrin hansı hissələr olacağı və onların miqdarı mövzusunda hələ ki, dəqiq məlumat verməyin hələ tez olduğunu söylədi.
“Rosoboroneksport”un rəsmisi ABŞ-ın mane olmaq cəhdlərinə baxmayaraq, Türkiyə, Hindistan və Çinin rus hərbi texnologiyasını satın aldığına diqqət yetirdi və “ABŞ-ın sanksiya siyasətinə qarşı çox ölkə öz silahlarını inkişaf etdirmək və Rusiyayla hərbi-texniki əməkdaşlığına qoşulmaq barəsində irəliləyir”, deyə bildirdi.
Muxalifet.az