ABŞ Rusiyanı açıq şəkildə ittiham etdi: Rusiya "Vaqner" dəstəsi vasitəsilə...- ŞOK DETALLAR

Baxış sayı:
11383

ABŞ Liviya Milli Saziş Hökumətini İŞİD əleyhinə koalisiya dövlətləri ilə keçirilən tədbirə dəvət edib: görüş və müzakirələrdən sonra Rusiyanı Liviya paytaxtı Tripoliyə hücumlar təşkil edən Xəlifə Haftara dəstək verməkdə, hökuməti devirmək cəhdində ittiham edən bəyanat verib. Bəyanatda vurğulanır ki, Rusiya bura göndərdiyi muzdluları vasitəsilə Liviya xalqının iradəsinə qarşı çıxır və bu münaqişəni öz maraqlarında istifadə edir, ABŞ isə əsaslı problemləri həll edərək qanuni hökuməti dəstəkləyir. Soyuq müharibənin son illərində Qərb açıq şəkildə muzdlulara təlim keçərkən, Sovetlər əfqan rejimlərinin və Kuba ordusunun dəstəyi ilə kampaniyalar aparmaq üçün idarələr yaratdı. 1988-ci ildə BMT muzdluların öyrədilməsini, maliyələşdirilməsini, istifadəsini qadağan edən Cenevrə razılaşmasını qəbul elədi. Soyuq müharibə bitdikdən sonra özəl muzdlu döyüşçü birlikləri meydana çıxdı: Sand Line International, Aegis Defense Services və Blackwater. Nifrət edilən muzdlular yenidən “kölgədən” çıxdılar. Bu gün əsas problem BMT-nin “muzdlu hərbi xidmət” haqqında tərifinin nə olduğu deyil, çünki beynəlxalq qanun ölkələrin kompaniyaların xidmətlərinə müraciət etməsini əngəlləyə bilməz. "Vaqner"in başçısı Yevgeni Priqojin və prezident Putin Əsas məsələ budur ki, Rusiya Ukraynanın şərqini “azad etmək”dən ötrü döyüşmək üçün “MAR” muzdlu qrupunu göndərdi. Bu qruplar İraqın müxtəlif bölgələrndə fəaliyyət göstərir. ÖHQ-dan istifadə edən ölkələr beynəlxalq hüququ pozurlar. Məsələn, BƏƏ Yəməndə İranın maliyyələşdirdiyi hüsilərlə döyüşmək üçün yüzlərlə latınamerikalını muzdla tutublar. “Boko Haram”la çoxilik mübarizədən sonra onların qarşısını almaq üçün Nigeriya muzdlulardan istifadə etməyə başladı. Görünür, Rusiya amerikalı tərzində kontraktlara nail ola bilmədi. Bu cür razılaşmalar “Neoimperiya”ambisiyalarının və xarici siyasətdə maraqların dəstəklənməsi üçün uyğun variantdır. Sovetlərin Əfqanıstanda məğlubiyyətini unutmayan Rusiya vətəndaşları ölkələrinin bu proyektləri üçün “qanlarını axıtmaq” istəmirlər. Vaxtilə, Afrikada fransız muzdlusu Bob Denar Fransa hökuməti ilə əlbir olub, Afrika ölklərində dövlət çevrilişləri edirdi və bu yolda fransız hökumətindən hər cür dəstəyi, o cümlədən, öz muzdlularını saxta pasportlar və pul ilə təmin edirdi. İndi isə Rusiya eyni hərəkəti Liviyada edir və “Vaqner” qrupu istisna deyil. “Bloomberg”in hesabatına görə prezident Putinin yaxın adamlarından olan Yevgeni Priqojin başındakı 300 nəfər muzdlu ilə Liviyadakkı hərbi bazaya liviya ordusunu dəstəkləmək üçün yerləşiblər. Qruplaşmanın hərbçiləri 2019-cu ilin aprelindən paytaxt Tripoli yaxınlığındadırlar. “The Telegraph” qəzeti yazır ki, onlar hücumçuları ssilah-sursat, tanklar, PUA-lar və mərmilərlə təmin edirlər. Bundan əlavə, hərbi əməliyyatları Liviyanın şərqində yerləşən rus hərbi kəşfiyyatı idarə edir. Maraqlıdır ki, ABŞ açıq şəkildə Rusiyanı ittiham edib. Görünür ki, Liviya Milli Saziş Hökuməti muzdlularla vəziyyət haqqında danışmaqdan çəkindiyi üçün “Moskvanın atdığı topu vurdu” və Liviya nümayəndə heyəti Tripoliyə hücumun qanuni hökuməti devirmək cəhdi olduğunu sübut edən əsaslı dəlillər ortaya qoydu. P.S. Xatırladaq ki, Azərbaycanda Qarabağ müharibəsində döyüşən rus ordusundan olan hərbçilər də bunu etiraf ediblər, Rusiyanın bu işdə yetərli təcrübəsi var. Al Wasat, Liviya, Nuruddin Xəlifə əl-Nəmir Hazırladı: Şükürova Ülviyyə Muxalifet.az