Putinlə əlaqəli olduğu iddia edilən "Vaqner" hərbi dəstəsi Afrikada hansı vəzifəni yerinə yetirir? - ŞOK DETALLAR

Rus muzdlular Mozambikdə cihadçı üsyançıların təziqi altında geri çəkilirlər. Yəqin ki, qələbə çala bilmədikləri üçün şiddətli döyüşlər zamanı insanları və tutduqları əraziləri itirirlər. Kremllə əlaqəli olduğu güman edilən qeyri - rəsmi hərbi qrupun (QVK) 200-ə yaxın döyüşçü uğursuz əməliyyatlar və düşmən pusquları nəticəsində on nəfərini itirərək geri çəkildi. Bəzi döyüşçülərin başı kəsildi.
Yerli mənbələrə görə, Vaqner Qrupunun Mozambikin şimalında olduqları üç ərzində “İslamçı döyüşçülər”in hücumlarının sayı və şiddəti xeyli artdı. Ruslardan bəziləri Vaqner Qrupu tərəfindən dəstəklənən Mozambik Silahlı Qüvvələri ilə münasibətlərin soyumasından sonra elə onların "dost atəşi" nəticəsində öldü.
Muzdlular Afrikanın cənubundakı ən qeyri-sabit ölkənin kasıb və ucqar bölgəsi olan Kabu Delgado əyalətində, sahillərində nəhəng qaz yataqlarının tapıldığı bölgədə döyüşürlər.
İlk müasir özəl ordunun yaradıcılarından biri olan 63 yaşlı Eeben Barlow "Times”-a bildirib ki, xarici ordular Afrika münaqişəsində Avropa və ya Rusiya strateji metodlarını tətbiq etməyə çalışdıqları zaman bu heç yaxşılığa gətirmir.
Bu son ayda 25 hadisə qeydə alınıb. Cənubi Afrikadakı antiterror mütəxəssisi Jasmine Opperman, iddia edir ki, ruslar istifadə edildiklərini və təcrid edildiklərini hiss edirlər. ""Vaqnerçiləri" cəhənnəmə göndəriblər, onlar qulaqlarına qədər münaqişə bataqlığına giriblər və düşmən hər gün daha da güclənir" - o, dedi.
"Vaqner" Qrupunun qüvvələri, Mozambikin Prezidenti Nyusi avqust ayında Moskvaya səfər etdikdən və prezident Putin ilə enerji və təhlükəsizlik müqavilələrini imzaladıqdan bir neçə həftə sonra Mozambikə yerləşdirildi.
Rusiya və Təhlükəsizlik problemləri üzrə ekspert Mark Galeotti, Wagner Qrupunun təhlükəsizlik bazarında Afrika liderləri arasında məşhur olduğunu bildirir. Bu təşkilat cənab Putinə yaxın olan iş adamı Yevgeni Prigojin tərəfindən təsis edilmişdir. Təhlilçilərə görə, Moskva bu «Vaqner Qrupu”nu Afrikada nüfuzunu yaymaq və təsir dairəsini genişləndirmək üçün istifadə edir.
Vaqner Qrupunun döyüşçüləri Sudan, Mərkəzi Afrika Respublikası, Liviya və Suriyada döyüşlərdə iştirak edir. Galeotti, təşkilatdakı itkilərin çoxalmasını, Rusiyanın beynəlxalq ambisiyalarını yeritmək üçün qrupun fəaliyətinin sürətli şəkildə genişləndirmək cəhdləri ilə əlaqələndirir.
"Bu o deməkdir ki, Vaqner sıralarına yeni qoşulanlar üçün tələbləri azaltmaq məcburiyyətindədirlər", deyə o, “Moscow Times”a bildirdi. Putinin Afrikadakı maraqlarında "Vaqner" hərbi dəstəsini istifadə etməsi Rusiyanın rəsmi şəkildə məsuliyyətdən qaçmasına, yaxasını kənara çəkməsinə və sığortalamasına imkan verir. İranın "Hizbullahı" kimi.
"inosmi.ru", Jane Flanagan
Hazırladı: Ülviyyə ŞÜKÜROVA,
Muxalifet.az