Rasulaynda bomba qoyulmuş maşın partladı! Ölənlər və yaralılar var..

Baxış sayı:
16608

Şanlıurfanın Ceylanpınar məntəqəsinin qarşısında yerləşən və “Sülh mənbəyi”əməliyyatından sonra terrorçulardan təmizlənmiş Suriyanın Rasulayn vilayətində terrorçu PKK/YPG bomba qoyulmuş maşın patladılıb. Hücumda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb. Hücumdan sonra Türkiyədən təcili yardım maşını kömək üçün göndərildi. Yaralıların bir hissəsi sakinlər tərəfindən ambulans maşınlarına gətirildi. Vəziyyəti ağır olanlar Ceylanpınar xəstəxanasına aparıldı. Vəziyyəti nəzarətə almaq üçün həm sərhəd xəttində, həm Rasulaynın mərkəzində təhlükəsizlik tədbirləri gücləndirildi. Muxalifet.az