Suriyadan ABŞ ordusunun çıxarılması üçün "dəqiq vaxt" məlum deyil - Foreign Policy

Baxış sayı:
15403

"inosmi.ru" ABŞ prezidenti Donald Tramp, ABŞ-ın Suriyanın şimal-şərqindəki bütün qoşunlarının ikinci dəfə çıxarılmasına göstəriş verdikdən sonra Yaxın Şərqdəki ABŞ silahlı qüvvələrinə cavabdeh olan general indi deyir ki, bölgəni tərk etmək əmrini almayıb. "Bu çıxarılma üçün son tarix qoyulmayıb”, - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Kennet MakKenzie Bəhreyndə çıxışında kiçik jurnalist qrupuna deyib. Manamada təhlükəsizlik sammitində iştirak etmək üçün Bəhreyndə olan Mackenzie 500 ABŞ əsgərinin Suriyanın şimal-şərqində qalacağını açıqladı. Tərəfdaşları ilə birlikdə - kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) İŞİD-ə qarşı mübarizəni davam etdirəcəklər. Trampın əmrinə əsasən ABŞ qüvvələri əsasən bölgənin zəngin neft yataqlarını qorumaq üçün Deyr əz-Zor əyalətində yerləşdiriləcək, lakin Müdafiə Nazirliyi terror qruplaşmalarını məğlub etmək üçün daha böyük bir kampaniyanın həyata keçiriləcəyini söylədi. Mackenzie, “Foreign Policy” nəşrinə müsahibəsində öz əminliyini bildirdi ki, koalisiya qüvvləri İŞİD döyüşçülərnin aşkar etmək və Suriya ərazisindən çıxarmağı bacaracaqlar. Bundan əlavə, Kəşfiyyat İdarəsinın baş müfəttişi Bağdadinin ölümünün İŞİD-i yenidən yaratmaq qabiliyyətinə "xüsusilə təsir göstərməyəcəyi" barədə məlumat verdi. Yəni , ABŞ rəsmisi İŞİD-in yenidən fəallaşacağına tam əmindir və bu fəallaşmanı bəhanə gətirib regionda hərbi kontingentinin sayını çoxalda və bu artıma yalnız "neft yataqlarının mühafizəsi"nin yox, həm də İŞİD-lə yeni mübarizə mərhələsinin başlandığını əsas gətirə bilər ki, elə bu da onların istəyinə cavab verir. Noyabrın 22-də keçirilmiş xüsusi əməliyyat, 9 oktyabrda Türkiyənin başlatdığı əməliyyatdan bəri İŞİD-ə qarşı aparılan ilk genişmiqyaslı əməliyyat idi. Oktyabrın 6-da Türkiyə prezidenti Ərdoğanla telefon danışığından sonra Tramp əvvəlcə bütün ABŞ qoşunlarının Suriyadan çıxarılmasını əmr etdi, sonra kəskin şəkildə fikrini dəyişdirdi və Deyr əz-Zordakı neft sahələrini qorumaq üçün bir neçə yüz əsgər və zirehli texnikadan ibarət əlavə kontingentin Suriyaya qayıtmasına qərar verdi. Bu, Trampın Amerika qoşunlarının Suriyadan çıxarılmasını əmr etdiyi və sonra ləğv etdiyi ikinci qərar dəyişməsi idi. Pentaqonun Suriyada qalan qoşunların əsas məqsədinin İŞİD-i məğlub etmək barədə israrlı açıqlamalarına baxmayaraq, mütəxəssislər ABŞ-ın bu vəzifəni öz üzərinə götürdüyünə şübhə edirlər. Qeyd edirlər ki, neft yataqları üçün əsas təhlükə zəiflədilmiş İŞİD deyil, Rusiya qoşunları və Suriya ordusudur. Əsas suallardan biri ABŞ qüvvələrinin neft yataqlarını ələ keçirməyə çalışan Rusiya, Suriya və ya İran qüvvələri ilə döyüşməyə qanuni haqqının olub-olmamasıdır. Mackenzie-nin sözlərinə görə, ABŞ qüvvələrinin artmasına baxmayaraq, Tehrandan gələn təhdid artmaqda davam edir. Son həftənin hadisələri, İranda baş verən etirazlar, bu aksiyalarda İranın ABŞ-ı və onun müttəfiqlərini günahlandırması Tehranın rahat durmayacağını göstərir. Muxalifet.az