Dünya əhalisi 36 saat içərisində məhv ola bilər – HESABAT

Baxış sayı:
2839

Dünya əhalisi 36 saat içərisində məhv ola bilər.

“AzPolitika.info” xəbər verir ki, bu qorxunc iddiaya Cons Hopkins Universitetinin Səhhət Güvənliyi Mərkəzi və Nüvə Təhdid Cəhdi şöbəsinin alimlərinin Qlobal Sağlamlıq Təhlükəsizliyi (GHS) indeksi olaraq bilinən kritik hesabatında rast gəlinib.

Dünyanı 36 saat içərisində məhv edə biləcək güc nə nüvə, nə də digər kimyəvi silahlardır. Söhbət qripə oxşar bir virusdan gedir. Bu epidemiya kütləvi şəkildə və sürətlə dünyada insanların həyatına son qoya bilər.

Alimlər qripə bənzər bu virusun daima səyahət edən insanların sayəsində 36 saatdan da az bir vaxt ərzində dünyaya yayıla biləcəyi qənaətindədir.

Alimlər dünyanın səhiyyə sistemini nəzərdən keçirib və belə nəticəyə gəlibər ki, yalnız 13 ölkə bu epidemiya ilə mübarizə aparmaq üçün ehtiyatlara malikdir. Bu sırada ABŞ, Kanada, Fransa, Hollandiya və Avstraliya qeyd edilib. Afrika qitəsi mümkün xəstəliklərə qarşı ən hazırlıqsız ərazi kimi qeyd edilir.

ABŞ və İngiltərədən sonra daha hazırlıqlı ölkələr sırasında Almaniya, İspaniya, Norveç və ümumilikdə Avropa Birliyinin 28 ölkəsi qeyd edilir.

Hesabat müəllifləri ölkələri epidemiya və viruslarla bağlı səhiyyə sistemlərinə daha çox yatırım etməyə çağırıb.