Dünyanın ən varlı adamı bir gündə 7 MİLYARD DOLLAR İTİRDİ
26-10-2019 00:28
Baxış sayı:
6327

Dünyanın ən varlı adamı sayılan “Amazon”un rəhbəri Ceff Bezos bir sutkada bir neçə milyard dollar ziyana düşüb.
"Bu, oktyabrın 24-də, şirkət 2019-cu ilin üçüncü rübünün gəlirləri barədə hesabat verəndə baş verib.
Nəticə investorları məyus edib. Hesablamalara görə, Bezosun itkisi təxminən 7 milyard dollar olub. Buna qədər Bezosun varidatı 111 milyard dollar dəyərləndirilirdi.
“Amazon”un yaradıcısı “Forbes”in versiyasına görə planetin varlı biznesmenlərinin reytinqinə rəhbərlik edir.
Qeyd edək ki, Bezos 2019-cu ildə həyat yoldaşından boşandığına görə 35 milyard dollar ödəyib. Ancaq bundan sonra da planetin ən imkanlı adamı kimi qalıb.