Türkiyədə daha 10 İŞİD terrorçusu saxlanıldı

Baxış sayı:
4156

Türkiyənin Adana vilayətində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı İŞİD terror təşkilatının 10 üzvü saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin Suriya və İraq ərazisində fəaliyyət göstərən silahlı dəstələrin tərkibində olduqları müəyyən edilib. Saxlanılan şəxslərin vətəndaşlığı açıqlanmır. Xüsusi əməliyyat zamanı onların silahlı müqavimət göstərdiyi bildirilib. Trend xatırladır ki, bu il iyunun 12-də Türkiyənin Adana, Mersin və Tekirdağ əyalətlərində 19 İŞİD silahlısı saxlanılmışdı.