RUSİYA NİGERİYADA NEFT ÇIXARACAQ - Vahid Ələkbərov imzaladı

Baxış sayı:
4187

Afrikanın neft nəhəngi Nigeriya ilə imzaladığı razılaşma çərçivəsində Rusiya bu ölkənin sahil sularında neft kəşfiyyatı və çıxarılması ilə məşğul ola biləcək.

Nigeriya prezidenti Məhəmməd Buxarinin müşavirlərindən olan Qarba Şehunun verdiyi yazılı açıqlamada iki ölkə arasında Soçidə keçirilən “Rusiya-Afrika İqtisadi Forumu”nda imzalanmış razılaşmaya görə, Rusiyanın Nigeriyaya neft axtarışı, çıxarılması və emalı məsələlərində dəstək verəcəyi bildirilir.

İki ölkə arasındakı müqaviləni Nigeriyanın Milli Neft Şirkətinin (NNPC) direktoru Mele Kyari ilə Rusiyanın “Lukoyl” şirkətinin başçısı Vahid Ələkbərov imzalayıb.

Soçidə keçirilən forumda Nigeriya Rusiya ilə Mi-35 vertolyotlarının alınması məsələsində də razılaşma əldə eləmişdi./Hurriyyet.org