Bakıda səfirlik maşını "Range Rover"lə toqquşdu
25-10-2019 14:57
Baxış sayı:
4189

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə oktyabrın 24-ü Xətai rayonu, Gəncə prospektində baş verib. İraq Səfirliyində sürücü işləyən, 1981-ci il təvəllüdlü Daşqın Muradov idarə etdiyi və səfirliyə məxsus olan “GMC” markalı avtomobillə 1996-ci il təvəllüdlü Fazilə Əsədullayevanın idarə etdiyi “Range Rover” markalı maşını arxadan vurub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.