Azərbaycanın tam üzən məzənnəyə keçməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
25-10-2019 11:51
Baxış sayı:
4042

“2020-ci ildə “tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əgər bu gün aşağı səviyyəli inflyasiya varsa, bu, məzənnə və məzənnə gözləntilərinin sabitliyi deməkdir: "Əgər biz bu sabitliyi başqa yola hədəfləyiriksə, “tam üzən məzənnə”yə keçmək mümkün deyil. Dünyada 70 neft ixrac edən ölkə var. Onlardan yalnız 24-25-də bu mümkündür”.