"Heç vaxt AXCP-nin üzvü olmamışam..." - ƏNNAĞI HACIBƏYLİ
26-09-2019 20:37
Baxış sayı:
6651

Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli AXCP-dən istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
O, özünün Facebook səhifəsində yazdığı açıqlamasında bəzi KIV-lərin onun AXCP-dən istefa verməsi haqda xəbər yaydığını qeyd edib:
“Heç vaxt heç bir partiyanın üzvü olmamışam və təbii ki, üzvü olmadığım partiyadan da istefa verə bilməzdim. Belə yanlış informasiyalardan müxalifətə, o sıradan AXCP-yə qarşı təbliğat vasitəsi kimi istifadə olunmasını pisləyirəm”.