Neymar azarkeşin çənəsinə yumruq ilişdirdi - VİDEO
28-04-2019 11:54
Baxış sayı:
2806

"Pari Sen-Jermen"in braziliyalı hücumçusu Neymar paytaxt klubunun penaltilər seriyasında "Renn"ə məğlub olduğu futbol üzrə Fransa Kubokunun final matçından sonra mükafatlandırma zamanı azarkeşlə dalaşıb.
TASS xəbər verir ki, bu barədə "The Score" portalı bildirib.
Hadisənin videogörüntüsü "Twitter"də yerləşdirilib. Sosial şəbəkədə yerləşdirilmiş videoda PSJ futbolçularının finalçıların medallarını alması üçün tribunaya qalxmaları əks olunub. Braziliyalı futbolçu mobil telefonla çəkiliş aparan azarkeşlərdən birinin yanından keçib. Neymar onun yanında dayanıb, kameranı bağlayıb və onu videogörüntüləri çəkməməyə çağırıb.
Futbolçu qısa mübahisədən sonra azarkeşin çənəsinə zərbə endirib və sonra pilləkənlə qalxmağa davam edib.