"NATO Türkiyədən üz döndərə bilməz" - sabiq NATO baş katibi bəyanat verdi

Baxış sayı:
6313

NATO sabiq Baş Katibi Anders Fogh Rasmussen, alyansın 70-ci ildönümü ərəfəsində İngilis nəşri “The Times”a açıqlama verdi. Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir. Anders Fogh Rasmussen, NATO-da tarixdə ən çox indi siyasi fikir ayrılıqlarının olduğunu bildirdi. ABŞ prezidenti Donald Trampın NATO-ya üzv olan bəzi ölkələrin ittifaqa kifayət qədər maddi yardım etmədiyi barədə açıqlamalarına toxunan Anders Fogh Rasmussen, ABŞ-ın NATO-ya üzv olan ölkələrin öhdəçiliyinə dair şübhə yaratdığını söylədi. Fransa prezidenti Emmanuel Macronun keçən günlərdə dediyi, "NATO beyin ölümü baş verdi” sözlərinə toxunan Anders Fogh Rasmussen, bu sözlərin üzv ölkələr arasında anlaşılmazlıq yarattığını dilə gətirdi. Sonda isə Türkiyənin alyans daxilində vəziyyətinə toxunan Anders Fogh Rasmussen, Türkiyə S-400 raketdən müdafiə sistemini alsa da, NATO Türkiyəni blokdan çıxarda bilməz və alyans üzvlərinin Türkiyədən üz döndərməsi böyük bir səhv olar. Muxalifet.az