NATO “BEYİN ÖLÜMÜ” İLƏ “QOCALIQ KƏMAĞILLIĞI” ARASINDA – “Tramp - blef üzrə kraldır, amma...”

Baxış sayı:
2700

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp NATO-nun qocaldığını düşündüyü bir vaxtda, fransalı lider Emmanuel Makron alyansın «beyninin öldüyü»ndən danışır. «Ehtimal ki, gerçək haradasa bunların arasındadır» - deyə, «Hürriyyet Daili Nyüs» üçün yazdığı məqalədə Sloveniya XİN-nin kes-əməkdaşı Borut Qrjiç qeyd edir. Analitikin fikrincə, aktual təhdidləri dəf etmək üçün alyansın dəyişmək vaxtıdır. Əgər NATO daxilində bundan sonra da geopolitika ilə yox, liderlər arasında dava-dalaşla məşğul olsalar, bu, mümkün olmayacaq. Otən həftə onlar Londonda NATO sammitində görüşdülər və orada bir-birinin qarşısında «siçan-pişik» oynamağa başladılar. Ekspertin fikrinə görə, «maço» stilində olan belə mübahisələr bütövlükdə alyansa baha başa gəlir. “NATO üzrə müttəfiqlər gerçəkdə silahlı qüvvələrə özlərinin büdcələrinin müxtəlif hissəsini xərclədiklərinə baxmayaraq, bu rəqəmlər gerçəkdə ölkələrin təhlükəsizlik vəziyyətinə heç bir təsir göstərmir” - deyə, Qrjiç davam edir. «Təhlükəsizlik effektli, aktual təhdidləri neytrallaşdıran strategiyadan doğur» - Qrjiç izah edir. Göründüyü kimi, Fransa bildirmək istəyir ki, alyansa yeni təhlükəsizlik konsepsiyası lazımdır. Belə konsepsiya təhdidlərin və prioritet tapşırıqların ümumi anlayışı üzərində qurulmalıdır. Makronun nəzərincə, hazırda NATO-da buna oxşar heç nə, ehtimalda belə, yoxdur. Ümumiyyətlə, Fransa liderini «özünü daha çox fransalı apardığına» və alyansı «xaotik» tənqidlərə məruz qoyduğuna görə «yerində oturtmaq» o qədər də asan deyil, nədən ki, cənab Tramp hələ öz vəzifəsinin icrasına başladığı vaxtdan «birtərəfli qaydada və xaotik» hərəkət edir: «O, ordunu Suriyadan çıxartdı, Yaxın Şərqdə sülh tənzimlənməsində iştirakı dayandırdı, «İranla nüvə sazişindən» imtina etdi və bu zaman Avropanın ehtiyacları barədə heç düşünmədi» - deyə, Qrjiç sadalayır. Tramp London sammitindən qayıdarkən, «özünüöymə və özünüaldatma kimi davranışları incəsənət mövqeyinə qaldırdı». O, «Tvitter»-də yazdı ki, özünün diplomatik qabiliyyətləri sayəsində NATO üzrə müttəfiqləri inandıra bilib ki, müdafiəyə daha çox xərcləmək lazımdır. Bu da Trampın «ABŞ özünün müdafiə xarclərini dəyişməz saxladı» sözləri kimi, həqiqətə uyğun deyil. Fakt budur ki, cənab Tramp heç nəyə lazımi diqqət yetirmir və siyasətdə ağılla yox, instinktlə hərəkət etməyə üstünlük verir. «Tramp - blef üzrə kraldır, Makron isə onu elə həmin bleflə yaxalayıb» - deyə, sloveniyalı ekspert qeyd edir. «Beləliklə, ABŞ prezidentinin nə fransız həmkarı ilə, nə də digər iştirakçılarla alyans qarşısında duran təhdidəri sammitdə müzakirə etməməsi ən azı təəccüblüdür» - deyə, Qriç düşünür. Tramp, istisnasız olaraq, büdcə barədə danışdı və yalnız digərlərinin müdafiəyə lazımi qədər vəsait ayırıb-ayırmadıqları barədə maraqlandı. Belə «naqis» yanaşma «tam real təhdidlərdən» (Suriya münaqişəsi də daxil, İsraildəki siysi böhran və İrandakı artan qeyri-sabitlik) nəhayətsiz qədər uzaqdır. Qrjiçin yazdığına görə, bu həftə NATO ölkələrinin başçıları heç olmasa Çinlə artan rəqabətdan danışmağa başlayıblar, ancaq bu zaman onlar demək olar, özlərinin şərq hüdudları və Rusiya barədə heç nə demədilər. Bu arada, müəllif ilk dəfə 2005-ci ildə Ukraynada rəsmi səfərdə olarkən, ATƏT-in fəaliyyətdə olan sədri Dmitri Rupeli «Rusiyanın uzun müddətli düşmən» olaraq, qalacağı barədə xəbədar etdiyini xatırladır. Alyansın Azərbaycana və Qafqaza yönəlik strateji yanaşması da yoxdur. Amma bu ərazi «Xəzər dənizinə bir dəhliz ola bilər» və alyans oradan Çinin «strateji ekspansiyasına» və Rusiyanın Yaxın Şərqdə aqressiv siyasətinə qarşı dura bilər. Uzunmüddətli geopolitik hədəfləri müzakirə etmək və alyansı təkmilləşdirmək əvəzinə, NATO-nun London sammitində kimin – Trampın, yaxud Makronun üstün gəldiyi barədə düşünürlər. Qrjiçin fikrincə NATO daha «ciddi» olmalı və özünün siyasi tapşırılarına yenidən baxmalıdır…/AzPolitika.info/